Yenidən “Qarabağ”ın qapısını döyəcəklər - Onların transferi alınmasa

30 Dekabr 2025 00:40 Qarabağ 2 622
Yenidən “Qarabağ”ın qapısını döyəcəklər - Onların transferi alınmasa

“Botafoqo” “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyodan ümidini üzməyib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, cənubi amerikalılar 24 yaşlı futbolçu ilə danışıqları müvəqqəti dayandırmaq qərarına gəlib.

Bikalyo üçün “Qarabağ”a iki fərqli təklif göndərilsə də, hər iki halda mənfi cavab alınıb. Həmçinin “Ferensvaroş”lu Julio Romao və “Krivbas”lı Mendoza ilə danışıqlar da mənfi nəticələnib.

“Botafoqo” indi də diqqətini Moskva “Dinamo”sundan Rubens və “Velez Sarsfild”dən Maher Karrizoya yönəldib. Onların keçidini reallaşdırmaq mümkün olmasa, rəhbərlik yenidən Bikalyo üçün “Qarabağ”ın qapısını döyəcək.

Pedro Bikalyonun “Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA