Mikayıl Cabbarov Qurban Qurbanovun oğlunun toyunda - FOTOLAR

29 Dekabr 2025 22:40 Qarabağ 637
Mikayıl Cabbarov Qurban Qurbanovun oğlunun toyunda - FOTOLAR

Tanınmış aparıcı Sənan Şəfizadə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musanın 3 ay öncə baş tutmuş toyundan yeni fotolar paylaşıb.

Fotolardan görünür ki, toyda həm də dövlət rəsmiləri və tanınmış simalar iştirak edib.

Sportinfo.az xəbər verir ki, onların arasında iqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, sabiq korpus komandiri general-leytenant Mais Bərxudarov və digər vəzifəli şəxslər olub.

Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Musa Qurbanlı bu ilin sentyabrında “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı ilə ailə həyatı qurub.








Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA