Qurban Qurbanov: “Küsməyə, inciməyə haqqımız yoxdur”

01:10 Qarabağ 118
Qurban Qurbanov: “Küsməyə, inciməyə haqqımız yoxdur”

“Ölkənin övladlarıyıq, tənqidləri, narazılıqları övlad kimi qəbul edirik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov deyib.

O bildirib ki, bu mövsüm Azərbaycan futbolu üçün uğurlu il olub:

“Küsməyə, inciməyə haqqımız yoxdur. Döyüşə girmişiksə, qaçmayacağıq.

Sabah bəlkə yaxşı olmayan nəticələr olar, amma bu işə əl qoymuşuqsa, qaçmaq üçün gəlməmişik.

Uduzsaq da, şərəflə uduzmaq istəyirik. Bu, əsas prinsipimizdir.

Məqsədimiz ÇL qrupa düşmək idi. Bu mövsüm bacardıq.

Bəlkə hamı düşünürdü ki, ÇL-də ilk qələbəmiz olsun, iki qalibiyyət oldu, özü də böyük klublara qarşı.

Belə komandaların Azərbaycana gəlməsinə sevinirəm. Xalqımız böyük futbolun nə olduğunu bilir, hamı da buna hazırlaşır.

Gözləyirsiz ki, bu rəqib Bakıya nə vaxt gələcək? Hər biriniz daha artığına layiqsiz”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Dekabr 20:00 Çək və bizə göndər!