“Hər bir komandanın eniş və yüksəliş dövrü olur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ“ın qapıçısı Fabian Buntiç deyil.
Ölkəmizdə ikinci mövsümünü keçirən xorvat kökənli almaniyalı kiper Premyer Liqada rəqabətin ciddi olduğunu bildirib.
Onun fikrincə, indidən hansı komandanın birinci yeri tutacağını söyləmək tezdir:
“Hələ qarşıda 4 ay var. Turnir cədvəlində gərginlik yaranıb.
Xal fərqi elə də çox deyil. Ona görə də indidən proqnoz vermək doğru olmaz.
Bəli, məqsədimiz çempionluqdur, ancaq bunun nə vaxt baş verəcəyini zaman göstərəcək”.

