“Qarabağ”ın dəvətini qəbul edən məşhurdan AÇIQLAMA

27 Dekabr 2025 22:40 Qarabağ 16 645
“Qarabağ”ın dəvətini qəbul edən məşhurdan AÇIQLAMA

“Qarabağ” çox böyük klubdur.

Azərbaycan xalqı isə son dərəcə səmimi və inanılmaz dərəcədə qonaqpərvərdir".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç xarici KİV-ə müsahibəsində deyib.

2019/2020 mövsümündə "Qarabağ"ın formasını geyinən 38 yaşlı bosniyalı qolkiper Azərbaycanla bağlı xoş xatirələrini bölüşüb:

"Açığı, Bakı həqiqətən möhtəşəm şəhərdir. Mən daha sonra “Qarabağ”a keçdim və üç ay ərzində orada çıxış etdim.

Transfer pəncərəsinin son günündə — sentyabrın 1-i və ya 2-də müqavilə imzaladığım üçün üç ay yarım Bakıda oldum.

Yanvar ayınadək komandada qaldım, qış fasiləsi isə dekabrın ortalarına təsadüf edirdi. Bu müddətdə Avropa Liqasında oyunlarda iştirak etdim və Bakıda yaşadım".

Qeyd edək ki, Asmir Beqoviç 2015-2017-ci illərdə "Çelsi"dəki çıxışı ilə tanınır. O, Ağdam təmsilçisində 10 rəsmi görüşdə meydana çıxıb.

Bosniya və Herseqovina yığmasının sabiq qapıçısı karyerası ərzində İngiltərədə "Stok Siti", "Bornmut", "Everton", "Kuins Park Reyncers", İtaliyada isə "Milan" kimi klubların şərəfini qoruyub.

O, hazırda Çempionşipdə mübarizə aparan "Lester"in uğurları üçün çalışır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA