“Qarabağ”lı oyunçuların hərəsi bir “dərə”də - FOTOLAR

19:40 Qarabağ 228
“Qarabağ”lı oyunçuların hərəsi bir “dərə”də - FOTOLAR

Qış fasiləsi “Qarabağ”ın futbolçuları üçün göydəndüşmə olub.

İyul ayından bu yana sıx qrafikdə oyunlara çıxan oyunçular təxminən iki həftəlik fasilədən maksimum yararlanmağa çalışır.

Yorğunluğu hərəsi bir ölkədə dincəlməklə canından çıxarmağa çalışır. Kimisi ailəsi, kimisi sevgilisi ilə.

Komandanın aparıcı siması Abdullah Zubir doğulduğu Fransaya yox, ata-babasının vətəni sayılan Mərakeşə yollanıb. Ailəsi ilə Afrika ölkəsində istirahət edir.

Aylardır doğmalarından uzaq düşən Mateus Silva uzaq məsafəni qət edərək Braziliyaya gedib. Ailəsi və qohum-əqrabası ilə vətənində xoş vaxt keçirməklə məşğuldur.

Rusiya ilə müharibə səbəbindən vətəni Ukraynaya səfər edə bilməyən Aleksey Kaşuk dincəlmək üçün Avropa ölkəsini seçib. Artıq bir neçə gündür xanımı ilə birlikdə Kiprdə vaxt keçirir.

Fabiyan Buntiç Birləşmiş Ərəb Əmirliklərindədir. Əyləncənin bol olduğu Dubaya üstünlük verən xorvatiyalı qapıçı həyat yoldaşı və körpə qızı ilə istirahət günlərini yaddaqalan etməyə çalışır.

Toral Bayramov da Dubayın yolunu tutanlar arasındadır. Xanımı və iki övladı ilə birgə BƏƏ-nin turistik şəhərində yayın ləzzətini hiss etməkdədir.

Son günlər adı mətbuatda daha çox hallanan Marko Yankoviç də öz vətənini dünyanın cənnəti kimi hesab edənlərdəndir. “8 nömrə” Monteneqronun yaxtaları ilə məşhur olan Tıvat bölgəsindəki Kotor körfəzində əyləncəli vaxt keçirir.

Adları çəkilənlər sosial şəbəkələrdə daha çox məşhurdur deyə, onlar barədə müəyyən məlumatlara sahib olmaq mümkündür. Görünür, digərlərinin paylaşım etməyə ya vaxtı, ya da həvəsi yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti