«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Nemət adlı azarkeşə öz təşəkkürünü bildirib.
Bununla bağlı video sosial şəbəkələrdə yayılıb və böyük maraqla qarşılanıb.
Görüntülərdən aydın olur ki, tanınmış mütəxəssis həmin fanata böyük simpatiya ilə yanaşır.
Belə ki, o, deyib:
«Səni görmək mənim üçün xoş oldu. Şadam ki, «Qarabağ»a azarkeşlik edirsən.
Qürur duydum səninlə. Ürəkdən deyirəm, çox sevindim ki, «Qarabağ»ın sənin kimi azarkeşi var.
Qucaqlayıram səni, bağrıma basıram. Var ol, Allah səni qorusun!».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

