“Qarabağ”ın qapıçısı Mateuş Koxalski gələcək karyerası ilə bağlı qərar verib.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, polyak qapıçıya Avropanın bir çox klubundan təklif olsa da, Koxalski “Qarabağ”dan ayrılmayacaq.
Mateuşun Ağdam klubunda qalmaq istədiyi üçün hələ ki təklifləri geri çevirib. Misli Premyer Liqasının 16-cı turunun "Qəbələ" ilə matçından sonra da bu barədə fikrini rəhbərliyə bildirib.
25 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, 2024-cü il avqust ayında Ağdam klubu ilə anlaşıb. Koxalski “Legiya”, “Radomiak”, “Stal” klublarının qapısını qoruyub.

