Juninyodan sonra onu da “Qarabağ"dan SATIN ALMAQ İSTƏYİRLƏR - FOTO

26 Dekabr 2025 09:20 Qarabağ 1 961
Juninyodan sonra onu da “Qarabağ"dan SATIN ALMAQ İSTƏYİRLƏR - FOTO

“Qarabağ”ın müdafiəçisi Mateus Silvanın Braziliyaya qayıtmaq şansı artır.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, sağ cinah müdafiəçisi ölkəsinin daha bir klubunun maraq dairəsinə düşüb.

Belə ki, “Vitoria”dan sonra indi də “Flamenqo” 28 yaşlı futbolçunu gündəmə gətirib. Silva ilə bağlı əsas maneə onun “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsinin olmasıdır.

Bu da o deməkdir ki, “sambaçı”nı almaq istəyən klub Azərbaycan çempionunun tələb etdiyi təzminatı ödəməlidir.

“Vitoria” məhz transfer məbləğinə görə ehtiyatlı davranır.

Bu ilin əvvəlində “Qarabağ”dan Juninyo Olavionu alan “Flamenqo”nun isə maliyyə ilə bağlı heç bir problemi yoxdur. Sadəcə, Silva bu klubun sağ cinah üçün düşündüyü alternativlərdən biridir.

2023-cü ildən “Qarabağ”da çıxış edən Mateus Silva indiyə qədər ümumilikdə 107 rəsmi oyunda meydana çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

Juninyodan sonra onu da

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti