Onlara böyük məbləğlər təklif edir, "Qarabağ"a çox aşağı

26 Dekabr 2025 01:50 Qarabağ 1 773
Onlara böyük məbləğlər təklif edir, "Qarabağ"a çox aşağı

"Pul bunların gözünü örtüb" - bu fikirləri "Qarabağ"ın son oyunundan sonra Qurban Qurbanov səsləndirib.

O, futbolçuların 90 faizinə xarici klublardan təkliflər olduğunu, heyəti qorumağın çətin məsələyə çevrildiyini deyib.

Qurban Qurbanovu yaxşı tanıyırıq. Adətən futbolçularını qoruyan, onları ətraf təsirlərdən mühafizə eləməyə çalışan mütəxəssis belə danışırsa, deməli, vəziyyət həqiqətən ciddidir.

"Qarabağ"ın son vaxtlar eniş yaşamasını daha çox yorğunluqla bağlayırlar. Amma hər şey göründüyündən daha qəlizdir.

"Qarabağ"ın əksər futbolçuları açıq-aşkar zəif oynayırlar. Siyahının başında Marko Yankoviç dayanır. Komandanın "mühərriki", ən önəmli fiquru sayılan futbolçu özünə bənzəmir. Həm "Ayaks"la, həm də "Sabah"la matçlarda ən zəif bəndlərdən biri məhz o olub.

Problem həm də ondadır ki, futbolçuları ələ keçirmək istəyən klublar onlara böyük məbləğlər təklif edir, "Qarabağ"a isə çox aşağı. Belədə həmin transferlər gerçəkləşmir, amma təklif alan futbolçuların başı gicəllənir, performansları aşağı düşür.

Qurban Qurbanov çıxılmaz vəziyyətlə üzləşib. Heyəti qorumaq çətin, gedənlərin yerini doldurmaq ondan da çətindir. Təcrübəli mütəxəssis yaxşı anlayır ki, hər il heyət yeniləməklə Avropada sabit nəticələr qazanmaq mümkün olmayacaq.

Orası sevindiricidir ki, xarici klubların bir gözü "Qarabağ"ın üstündədir. "Qarabağ" get-gedə buraların "Şaxtyor"una çevrilməkdədir. Ucuza gətirib bahaya satırlar futbolçuları.

Amma davamlı nəticələr qazanmağı hədəfləyən klub üçün belə bir durum o qədər də əlverişli deyil (sportal.az).

Həmid

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA