Onların "Qarabağ"a başağrısı olmasının səbəbi bilindi - AÇIQLAMA

20:40 Qarabağ 222
Onların "Qarabağ"a başağrısı olmasının səbəbi bilindi - AÇIQLAMA

Son çempion “Qarabağ” qış fasiləsinə ikinci sırada yollandı.

Əslində qış çempionu olmaq an məsələsi idi.

Amma birinci turdan təxirə salınan və fasilə ərəfəsində gerçəkləşən matçda “Sabah”a məğlubiyyət olmasaydı.

Ümumiyyətlə, “tələbələr” son illər Ağdam klubu üçün əməlli-başlı başağrısına çevrilib.

Tərəflər arasındakı son 9 matçda “kəhər atlar” cəmi 1 dəfə qələbəyə sevinib.

Son 5 matçda ən yaxşı halda bərabərlik qeydə alınıb.

Ölkə futbolunda uzun illərdir hegemonluq edən Ağdam klubunun “Sabah”la olan problemi nədir? Qələbə qazanmaq niyə bu qədər müşkülə çevrilib?

Bu görüşlərin bir qayda olaraq iştirakçısı olan Bəhlul Mustafazadə Sportinfo.az-a açıqlamasında suallara cavab verib.

Sabiq “Sabah”lı rəqibin gücünü xüsusi qeyd edib:

“Unutmayaq ki, rəqib də güclüdür. Gördüyümüz kimi, “Sabah” kifayət qədər yatırımlar edir ki, daha yaxşı yerlərə gəlsin. Ötən mövsüm də onlara kubokun finalında uduzduq.

Görünür, onlar bizi çox ciddiyə alırlar. Eyni qaydada biz də onları ciddiyə alırıq. Sadəcə təəssüflər olsun ki, belə alındı.

Amma bu tilsimi qarşıdakı oyunda qırmağa çalışacağıq”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti