Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun “Napoli” - “Qarabağ” matçının (2:0) ən yaxşı oyunçusu müəyyənləşib.
Sportinfo.az bu haqda UEFA-ya istinadən xəbər verir.
Qurumun texniki qrupunun qiymətləndirnəsinə əsasən, matçın ən yaxşı futbolçusu “Napoli”ın şotlandiyalı hücumçusu Skot Maktominey olub. O, 65-ci dəqiqədə görüşdə hesabı açıb.
UEFA-nın Texniki Müşahidəçilər Qrupu bildirib:
“Skot ikinci hissədə güclü təsir göstərdi. İlk qolu vurmaq üçün doğru yerdə idi.
Bunu hesabı 2:0 edən avtoqola səbəb olan zərbə də daxil olmaqla bir neçə təhlükəli zərbə ilə tamamladı”.


