"Qarabağ" hər kəsi sürprizlərə alışdıran bir komandadır və "Napoli" bu qədər təşkilatlanmış rəqib qarşısında maksimum konsentrasiya nümayiş etdirməlidir.
Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya "Il Meridiano Sport" idman nəşrinin Çempionlar Liqasının əsas mərhələsində iki komandanın bugünkü qarşılaşmasına həsr olunmuş məqaləsində bildirilib.
Nəşr qeyd edir ki, Ağdam klubu artıq 2025/2026 mövsümünün Çempionlar Liqasının əvvəlki dörd matçında gücünü və xarakterini nümayiş etdirib.
Bu baxımdan "Napoli"yə konsentrasiya, tarazlıq və qərar qəbulunda keyfiyyət lazım olacaq.
Materiallarda vurğulanıb ki, 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində debüt edən Azərbaycan çempionu (qrup mərhələsində 2 heç-heçə və 4 məğlubiyyət - red.) cari turnirdə tamamilə fərqli nəticə göstərir.
İlk qələbə "Benfika" ilə matçda 3:2 hesabı ilə qazanılıb. Daha sonra "Kopenhagen" komandasını məğlub edib, "Çelsi" ilə hesab 2:2 olub, "Atletik"lə matçda isə məğlubiyyətə uğrayıb.
Nəşr qeyd edir ki, Azərbaycan klubu matç başına orta hesabla 2 qol göstəricisi ilə 7 xal toplayaraq "Stadio Diego Armando Maradona"ya çıxır.
"Qarabağ" Azərbaycan futbolunun ən tanınmış komandasıdır. Klub son illərdə UEFA yarışlarında ardıcıl olaraq təcrübə toplayıb və avrokuboklarda daimi iştirakçıya çevrilib.
"Adzurri" ("Napoli" - red.) üçün bu, maksimum diqqət tələb edən matç olacaq, çünki qarşılarında təşkilatlanmış rəqib var", - məqalədə bildirilib.
Daha əvvəl İtaliyanın "Napoli"nin baş məşqçisi Antonio Konte də "Qarabağ"ı bu mövsüm Çempionlar Liqasının sürpriz komandası adlandırıb.
"Biz yeni çağırışa hazırlaşmalıyıq", - o əlavə edib.

