“Qarabağ” İtaliya klubunun prezidentinin diqqətini necə çəkib?

26 Noyabr 2025 00:30 Qarabağ 652
“Qarabağ” İtaliya klubunun prezidentinin diqqətini necə çəkib?

Çempionlar Liqasının Liqa mərhələsində üz-üzə gələn “Napoli” və “Qarabağ”ın rəhbərləri arasında görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, Neapolda baş tutan rəsmi naharda “Napoli”nin prezidenti Eduardo De Laurentis və “Qarabağ” klubunun prezidenti Tahir Gözel iştirak ediblər.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov da görüşə dəvət olunub.

Həmkarını salamlayan Eduardo De Laurentis “Qarabağ”ın cari mövsüm Çempionlar Liqasındakı uğurlu çıxışına diqqəti çəkib.

Klub prezidentləri iki komanda arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıblar.

Sonda oyunla bağlı xatirə hədiyyələri qarşılıqlı olaraq təqdim olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti