“Napoli”nin "ev"də sonuncu məğlubiyyəti - Rəqəmlər "Qarabağ"a dəhşət saçır!

25 Noyabr 23:40 Qarabağ 110
“Napoli”nin "ev"də sonuncu məğlubiyyəti - Rəqəmlər "Qarabağ"a dəhşət saçır!

Bu gün dünya azərbaycanlıların ürəyi “Qarabağ”la döyünəcək.

Çempionlar Liqasındakı layiqli təmsilçimiz gecə saatlarında Neapolda “Napoli”nin qonağı olacaq.

4 dəfə İtaliya çempionatının, 6 dəfə İtaliya kubokunun qalibi olmuş komanda ilə oyunun “köhlən atlar” üçün asan keçməyəcəyi dəqiqdir.

“Göylər” cari mövsümdə Liqa mərhələsində keçirdiyi 4 oyunun 2-də məğlubiyyət acısı yaşayıb, 1-ni qalib başa vurub, 1 dəfə heç-heçə oynayıb. Odur ki, “Qarabağ”la matça 3 xal arzusu ilə çıxacaq.

“Napoli”nin xeyrinə işləyən məqam öz meydanında uğurlu təsir bağışlamasıdır. Xüsusən avrokubok görüşlərində bu, aşkar görünür.

“Qarabağ”ın 2022-ci ildən bu yana “Stadio Dieqo Armando Maradano”da keçirdiyi ev oyunlarının statistikası barədə maraqlı məqamları təqdim edirik.

* ”Napoli” öz meydanında sonuncu dəfə 2023-cü ilin oktyabrın 3-də “Real Madrid”ə məğlub olub – 2:3.

* “Napoli” öz meydanında keçirdiyi son 4 oyunun 3-nü heç-heçə başa vurub.

* “Napoli” öz meydanında keçirdiyi son 11 matçın 10-da qol vurub. Qol ənənəsi 3 həftə əvvəl “Frankfurt”la görüşdə pozulub – 0:0.

* “Napoli” öz meydanında keçirdiyi son 11 qarşılaşmada rəqib qapılarından 23 top keçirib.

* “Napoli” 2022-ci ildən bu yana öz meydanında “Liverpul” (4:1), “Ayaks” (4:2), “Reyncers” (3:0), “Sportinq” (2:1), “Braqa” (2:0) kimi rəqibləri üzərində qələbə qazanıb, “Milan” (1:1), “Barselona” (1:1), “Union Berlin”lə (1:1) bərabərə qalıb.

* “Napol” öz meydanında keçirdiyi son 11 duelin 6-da qalib gəlib, 4-də bərabərə qalıb, 1-də uduzub.

Göründüyü kimi, İtaliya təmsilçisi əfsanəvi Maradonanın adını daşıyan stadionda keçilməz təsir bağışlayır. Son 3 ildə yalnız 1 məğlubiyyət acısı yaşaması faktın sübutudur.

Xatırladaq ki, Neapolda keçiriləcək “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!