“Qarabağ”dan AÇIQLAMA: “Onları bizimlə müqayisə etməyin”

16:40 Qarabağ 139
“Qarabağ”dan AÇIQLAMA: “Onları bizimlə müqayisə etməyin”

"Qarabağ"ın U-19 komandası bu gün Gənclər Liqasının əsas mərhələsində 5-ci tur matçlna çıxacaq.

Rəşad Sadiqovun çalışdırdığı kollektiv "Napoli"nin qonağı olacaq.

"Qarabağ" əvvəlki 4 qarşılaşmanın hamısında məğlub olub. Komanda “Benfika”ya (Portuqaliya) 1:7, “Kopenhagen”ə (Danimarka) 0:5, “Atletik”ə (İspaniya) 0:3, "Çelsi"yə (İngiltərə) isə 0:5 hesabı ilə uduzub.

Hazırda "Qarabağ" Liqa mərhələsinin turnir cədvəlində 0 xalla sonuncu- 36-cıdır. "Napoli" isə 3 xalla 25-cidir.

Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev mövcud vəziyyəti Sportinfo.az-a bu cür xarakterizə edib:

“İndiyədək qarşılaşdığımız bütün rəqiblər bu liqanın ən iddailı iştirakçılarıdır. Turnir cədvəlinə baxsaz, görərsiz ki, onlar harada qərarlaşıb.

Hamısı nəinki Avropada, bütün dünyada öz akademiya sistemi ilə ad qazanmış klublardır. Bu gün onlarla müqayisə olunmağımızı doğru hesab eləmirəm.

Futbolçularımız bu dörd oyunun hamısında bacarıqlarını ortaya qoymağa çalışdılar. İnanıram ki, bu oyunların onlara gələcəkdə böyük faydası olacaq.

Eyni zamanada, diqqət yetirin ki, biz burada rəqiblərdən 1 yaş kiçik futbolçularla çıxış edirik. UEFA Gənclər Liqasında başqaları 2006-2007-ci il təvəllüdlü uşaqlara üstünlük verirsə, bizdə 2008-lər çoxdur.

Hətta heyətimizdə iki nəfər 2010 doğumlu uşaq var. Belə səviyyəli yarışlarda 1 yaş da böyük fərq edir.

Bu liqanın bizim üçün üstünlüyü uşaqların oyundan-oyuna özlərində proqress hiss etməsidir. Artıq yavaş-yabaş həmin inkişafı onlarda görürük.

Əgər “Benfika” səfərində bu həyacanı hiss edirdiksə, son iki turda nisbətən rahat oynamağa başladıqlarını deyə bilərik. Tədricən daha tez düşündürlər, rəqiblərin sürətinə alışmağa çalışırlar.

İstər-istəməz belə rəqiblərlə qarşılaşmalarda eyni tempi 90 dəqiqə saxlamaq çətindir. Məsələn, “Çelsi” ilə oyunda ilk 60-65 dəqiqə ərzində hesab açılmamışdı, sonra dinamika azaldı, qollar buraxdıq.

"Çelsi"yə qarşı düşündüyümüzdən daha yaxşı oynadıq. 60 dəqiqə demək olar qapımızda ciddi təhlükə yaranmadı.

Hətta bir neçə dəfə fərqlənə də bilərdik. Bizim üçün belə klubların akademiyalarının təsmilçiləri ilə oynamaq olduqca yaxşıdır.

Rəqibin əvəzetmələri, futbolçularımızın tempdən düşməsi böyükhesablı məğlubiyyətlə nəticələndi. Buna baxmayaraq, oyun baxımından o qədər də narazı qalmadıq.

Avropa təmsilçiləri ilə aramızda böyük səviyyə fərqi var. Bunu aradan qaldırmaq yolunda çox addımlar atılmalıdır.

İlk növbədə ölkə çempionatını gücləndirməliyik. Uzun illərdir ölkəmizdə akademiayalara, gənclərə diqqət istənilən səviyyədə deyil.

Ümumi şərait çox zəifdir. Bizə ancaq ümid etmək qalır ki, nəzamansa Azərbaycanda da o cür akademiyalar olar".

"Benfika", "Kopenhagen" və "Atletik" kimi klublar uzun illərdir akademiyalara böyük sərmayələr yatırırlar. Heyətlərində olan 19 yaşadək futbolçuların qiymətləri milyonlarla ölçülür. B

elə futbolçular yetişdirmək üçün ən azı şəraitimiz olmalıdır. Halbuki komandalarımız standart olmayan meydanlarda məşq edirlər.

Fikrimcə, bunlar əsas səbəblərdir. "Atletik", "Benfika", "Çelsi", "Ayaks" kimi klubların akademiyaları çox öndədirlər.

Buna baxmayaraq, rəqiblərə müqavimət göstərirdik. Son 30 dəqiqədə yol verilən səhvlər fiziki durumun aşağı olmasından irəli gəlir".

O, müəyyən yaş qruplarında futbolçu çatışmazlıqları olduğunu qeyd edib:

"Protokolda "Qarabağ"ın 15 yaşlı üç futbolçusu qeydiyyatda idi. Gələcəyi düşünüb addımlar atırıq.

Çalışırıq ki, bir neçə ilə bu futbolçular təcrübə toplasınlar. Onsuz da, 18-19 yaş qruplarında çatışmazlıqlar var.

Ona görə də daha azyaşlı futbolçulara yer veririk. Məsələn, Amin Rzayevi göstərə bilərəm.

Özündən yaşca böyüklərlə oynamasına baxmayaraq, dünən meydanda ən yaxşılardan idi".

Digər Xəbərlər
Xəbər Lenti