Çexlər “Qarabağ”ın arxasınca İtaliyaya göndərildi

16:00 Qarabağ 118
Çexlər “Qarabağ”ın arxasınca İtaliyaya göndərildi

Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının İtaliyada "Napoli"yə qarşı keçirəcəyi oyunun hakim təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki,,matçı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Dominik Starı olacaq. Ona həmyerliləri Lukaş Slavitsek və Jozef Suma kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

Qarşılaşma noyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti