GÜNÜN XƏBƏRİ - “Qarabağ” rəhbərliyi futbolçularına FANTASTİK PUL VƏD etdi!

13:00 Qarabağ 542
GÜNÜN XƏBƏRİ - “Qarabağ” rəhbərliyi futbolçularına FANTASTİK PUL VƏD etdi!

Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start veriləcək.

“Qarabağ” səfərdə “Napoli”nin qonağı olacaq.

Dörd turdan sonra “Qarabağ” turnir cədvəlində 7 xalla 36 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Qurban Qurbanovun komandası “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb və yalnız “Atletik”ə uduzub (1:3).

“Napoli” isə 4 oyundan 4 xal toplayıb və turnir cədvəlində 24-cü yeri tutur. Neapol təmsilçisi səfərdə “Mançester Siti”yə 0:2, PSV-yə 2:6 hesabı ilə uduzub.

Öz meydanında isə “Sportinq”ə 2:1 hesabı ilə qalib gəlib və “Ayntraxt”la qolsuz bərabərliyə razılaşıb.

Azərbaycan çempionu İtaliyadan əliboş dönməsə, futbolçularına kifayət qədər iri məbləğdə ödəmə edəcək.

Qələbə «köhlən atlar»ı pley- off mərhələsinə bir qədər də yaxınlaşdıracaq, bu halda komanda üzvlərinin hər birinə 150 min manata yaxın mükafat veriləcək.

Heç-heçə qeydə alınacağı təqdirdə, bu rəqəm 80-90 min manatdan aşağı düşməyəcək. Bəlkə ondan da artıq oldu.

“Qarabağ”ın oyunçuları cari mövsüm ən çox gəliri Portuqaliya səfərində qazanıb. “Benfika” üzərində qalibiyyətə görə 120 min manat alıblar.

“Kopenhagen”lə görüş isə onları 100 min manat civarında irəli salıb. “Çelsi” ilə 2:2 qarşılığında şəxsi büdcələrinə köçürülən məbləğ 90 min manat təşkil edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti