"Napoli" - "Qarabağ": İndiyədək nə olub, nə olmayıb?

17:20 Qarabağ 206
"Napoli" - "Qarabağ": İndiyədək nə olub, nə olmayıb?

Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Napoli" - "Qarabağ" oyunu İtaliya və Azərbaycan klublarının avrokuboklarda doqquzuncu dueli olacaq.

Sportinfo.az xəbər verir ki, indiyədək baş tutan 8 matçın 6-da italyanlar qalib gəlibsə, 2-də heç-heçə qeydə alınıb.

"Neftçi" 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində "İnter"ə rəqib olub. Bakıda 1:3 hesabı ilə uduzan "ağ-qaralar" Milandakı qarşılaşmada heç-heçəyə nail olub - 2:2.

Daha sonra "Qarabağ" 2014-cü ildə eyni turnirin qrup mərhələsində "İnter"lə üz-üzə gəlib. Səfərdə 0:2 hesabı ilə məğlub olan "köhlən atlar" evdə qolsuz heç-heçə edib.

Ağdam təmsilçisi 2016-cı ildə də italyanlara rəqib olub. Bu dəfə "Fiorentina" UEFA Avropa Liqasındakı hər iki qarşılaşmadan qalib ayrılıb - 5:1, 2:1.

Azərbaycan çempionu 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində "Roma" ilə qarşılaşıb. "Canavarlar" hər iki görüşdən üstün ayrılıb - 2:1, 1:0.

"Napoli" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti