Qurban Qurbanov: "Real danışsaq, Azərbaycan klubu Çempionlar Liqasında oynamamalıdır"

08:50 Qarabağ 259
Qurban Qurbanov: "Real danışsaq, Azərbaycan klubu Çempionlar Liqasında oynamamalıdır"

"Real baxdıqda Azərbaycan klubu Çempionlar Liqası kimi böyük turnirdə çıxış etməməlidir".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

İtaliyalı jurnalistin sualını cavablandıran mütəxəssis Ağdam klubunun inkişafından danışıb:

"Azərbaycan futbolunun reallığından danışsaq, klubumuz Çempionlar Liqası kimi böyük turnirdə çıxış etməməlidir. Lakin bizim hədəfimiz daim inkişaf etmək, irəliyə addımlamaq və uğur qazanmaqdan ibarətdir.

İldən-ilə gücümüzü artırmağa çalışırıq. Bizim arzumuz qitənin ən nüfuzlu klub turnirində bacardığımız qədər çox çıxış etmək və maksimum irəli getməkdir.

Turnir cədvəlində bizə rəqib olan komandalarla oyunlardan zövq almağa çalışırıq. Nəticə qazana bilməsək belə, böyük komandalara qarşı cəsarətli çıxışlarımızla yadda qalmaq istəyirik.

Builki nəticələrimizə görə çox sevinirik və özümüzə inam hissi artmaqdadır".

"Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR
24 Noyabr 02:40 "Hədəflərim böyükdür"