“Qarabağ”ı İtaliyada “Napoli”yə qarşı keçirəcəyi Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, “Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq.
“Napoli” -“Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da) “Stadio Diego Armando Maradona” stadionunda start götürəcək.

