Çempionlar Liqasının 5-ci turunda sabah “Qarabağ” səfərdə “Napoli”nin qonağı olacaq.
Sportinfo.az xəbər verir ki,oyundan öncə keçirilən mətbuat konfransında Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviç jurnalistlərin suallarını cavablandırıb:
“Napoli” güclü komandadır. İtaliya çempionu ilə oynamaq maraqlı olacaq. Biz öz oyunumuzu göstərəcəyik. Maksimumuzu verməyə çalışacağıq”.
- Konte bildirmişdi ki, “Qarabağ” Çempionlar Liqasında çevriliş edən bir komandadır. Düşünürsünüzmü ki, sabahkı nəticə sizin istədiyiniz kimi olacaq?
- Çətin olacaq. Bizim də öz ambisiyalarımız var. 7 xalımız var və bu göstərir ki, güclü komandalara qarşı oynaya bilirik.
- Bir neçə il əvvəl başqa bir komandanın heyətində “Napoli”yə qarşı oynamısınız. Həmin vaxtdakı “Napoli” ilə indikini müqayisə etsəniz, nəyin dəyişdiyini görərsiniz?
- “Napoli”nin möhtəşəm oyunçuları var. Hər zaman güclü bir komanda olub. Az öncə də bildirdiyim kimi, biz öz oyunumuzu oynamağa çalışacağıq.

