UEFA “Qarabağ”ın üstünə bu adamları niyə göndərsin ki?

01:00 Qarabağ 103
UEFA “Qarabağ”ın üstünə bu adamları niyə göndərsin ki?

Çempionlar Liqasının 5-ci turunun “Napoli” - “Qarabağ” matçına təyinatları açıqlayıb.

Sportinfo.az bu haqda qurumun saytına istinadən xəbər verir.

Görüşü Polşa Futbol Federasiyasından Şimon Marçinyak idərə edəcək. Ona həmyerliləri Adam Kupsik, Tomaş Listkeviç (laysmanlar), Voytsex Mlts (dördüncü hakim) kömək edəcəklər.

Niderlandlı Pol van Bukel matçın VAR, xorvatiyalı İvan Bebek isə AVAR hakimi təyin olunub.

Qeyd edək ki, İvan Babek Çempionlar Liqasının 3-cü turunun “Atletik” - “Qarabağ” matçının (3:1) VAR hakimi olub. Ağdam klubu təmsilçiləri həmin oyunda bir penalti epizodunda baş hakimin və VAR-ın onların lehinə qayda pozuntusunu qeydə almamasından narazılıq ediblər.

Xatırladaq ki, Neapolda keçiriləcək “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR
24 Noyabr 02:40 "Hədəflərim böyükdür"