“Qarabağ”a çox sərmayə qoyurlar, amma gəlirləri çox azdır”

19:20 Qarabağ 233
“Qarabağ”a çox sərmayə qoyurlar, amma gəlirləri çox azdır”

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi Çempionlar Liqasının "Napoli" - "Qarabağ" oyunu ilə bağlı İtaliya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, 2022-23-cü illərdə Azərbaycanda çalışmış 69 yaşlı mütəxəssis "Qarabağ" və oyunla bağlı fikirlərini "İl Mattino" nəşri ilə bölüşüb.

- "Qarabağ necə bir komandadır?

- Əvvəla, bu elə bir komandadır ki, yaxşı qazanc əldə etmək istəyən legionerlərə ciddi vəsait ödəyə bilir. Bu isə artıq böyük üstünlükdür. Maraqlı futbolçuları var. Bəlkə tam ulduz səviyyəsində deyillər, amma onlara yuxarıdan aşağı baxsan, ciddi çətinlik yarada bilərlər.

- Həqiqətən də Çempionlar Liqasının vahid qrup cədvəli göstərir ki, Azərbaycan komandası artıq 7 xal toplayıb.

- Bu il onlar əvvəlkindən daha yüksək keyfiyyətli legionerlər tapıblar. Komanda kimi daha formalaşmış görünürlər. Ümumən isə bu mövsüm nəticələri məni təəccübləndirmir. Çünki onların yeganə hədəfi Çempionlar Liqasıdır. Çempionatda rəqibləri yoxdur və bu turnir onlar üçün həm də maliyyə baxımından vacibdir. Amma tək səbəb bu deyil.

- Buyurun, davam edin.

- Əslində onların iki fərqli heyəti var: biri çempionat, digəri isə Çempionlar Liqası üçün. Artıq illərdir ölkə futboluna hakimdirlər, çünki demək olar ki, hər dəfə çempion olurlar. Son illər yalnız bir dəfə çempionluğu əldən verdilər. Kluba çox sərmayə qoyurlar, amma gəlirləri çox azdır. Çünki yerli çempionatı demək olar ki, heç kim izləmir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...