"Qarşımızda "Napoli" kimi çətin rəqib var, amma..."

25 Noyabr 2025 17:00 Qarabağ 506
"Qarşımızda "Napoli" kimi çətin rəqib var, amma..."

"Qarabağ"ın Avropa səhnəsində növbəti sınağı İtaliyada baş tutacaq.

"Kəhər atlar" Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu "Napoli"yə qarşı keçirəcək.

Hazırda aktivində 7 xalı olan komandamızdan gözləntilər böyükdür.

Növbəti xal və ya xallar bizim 24 komanda arasında yerimizi daha da möhkəmləndirə bilər.

Sportinfo.az-a açıqlama verən Ağdam klubunun müdafiəçisi Bəhlul Mustafazadə də çətin səfər oyunu öncəsi şanslarımız barədə danışarkən inamlı çıxış edib:

"Azarkeşlərin gözləntilərinin böyük olmasını başa düşürəm. Artıq 7 xalımız var. 24 komanda arasında qalmağımızı istəyirlər.

Bizim də məqsədimiz budur. Düzdür, qarşımızda çətin rəqib var. Amma səfərə xal və xallar qazanmaq üçün çıxmışıq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti