“Qarabağ” Kadini ÇL-in iştirak ərizəsindən çıxardı, yeni legioner sifariş etdi - FOTO

21 Noyabr 2025 11:00 Qarabağ 1 387
“Qarabağ” Kadini ÇL-in iştirak ərizəsindən çıxardı, yeni legioner sifariş etdi - FOTO

"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində dəyişiklik olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Joni Montiel “Qarabağ”ın sifariş vərəqinə daxil edilib.

İspaniyalı yarımmüdafiəçi zədələnən Kadi Borgesi əvəzləyib. Çempionlar Liqasının “Çelsi” ilə oyununda (2:2) xəsarət alan braziliyalı uzun müddətə heyətdən kənarda qalacağı üçün onu Montiel əvəzləyib. Kadi 2025-ci ildə meydana çıxa bilməyəcək.

Bu dəyişiklik Çempionlar Liqasının əsasnaməsinə cari mövsümdən əlavə edilən yenilik sayəsində gerçəkləşib. Klublara zədə səbəbindən uzun müddətə sıradan çıxan futbolçularını digər oyunçu ilə əvəzləmək hüququ verilib.

Ilk 4 turda 7 xal toplayan “Qarabağ” növbəti oyununu səfərdə “Napoli”yə qarşı keçirəcək. Görüş noyabrın 25-də oynanılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti