Çempionlar Liqasında növbəti oyuna hazırlaşan “Qarabağ”ın səfər planı hazırdır.
Çərşənbə axşamı “Stadio Dieqo Armando Maradona”da meydana çıxacaq “köhlən atlar”ın Liqa mərhələsinin V turundakı rəqibi “Napoli”dir.
Azərbaycan çempionu ölkəni qarşılaşmadan iki gün əvvəl tərk edəcək.
“Qarabağ”ı tam tərkibdə İtaliyaya aparacaq çarter reysli təyyarə bazar günü axşam saatlarında Bakıdan havaya qalxacaq və təxminən 4 saatlıq uçuşdan sonra mənzil başına çatacaq.
Həmin gün nümayəndə heyəti istirahət edəcək. Yəni hansısa məşq, yaxud gəzinti nəzərdə tutulmayıb.
Ertəsi, yəni oyundan bir gün əvvəl Bakı vaxtı ilə saat 22:00-da Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
Bundan yarım saat sonra isə “köhlən atlar”ın oyunöncəsi son məşqi baş tutacaq.
“Napoli” – “Qarabağ” qarşılaşması İtaliya vaxtı ilə noyabrın 25-i saat 21:00-da başlayacaq. Bu, bizim vaxtla noyabrın 25-dən 26-na keçən gecə saat 00:00 deməkdir.
HƏBİB / SPORTİNFO.AZ

