Qurban Qurbanov indiyədək heç yerdə demədiklərini “Sportinfo TV”yə açıqladı!

14:20 Qarabağ 145
Qurban Qurbanov indiyədək heç yerdə demədiklərini “Sportinfo TV”yə açıqladı!

“Sportinfo TV”nin əməkdaşları “Qarabağ”ın Suraxanıda yerləşən bazasında olub.

Komandanın baş məşqçisi Qurban Qurbanov «yutub» kanalımıza eksklüziv müsahibə verib.

Azərbaycan ən yaxşı futbol mütəxəssisi 2 saat ərzində ona ünvanladığımız sualları cavablandırıb.

Onunla həmsöhbət olan Xanoğlan İmanovun qeydləri ilə sizləri tanış edirik:

"Dəftərçəmdə 76 sualla "Qarabağ"ın bazasına yollanmışdım. Ən azı o qədərini də ehtiyata atmışdım.

Gedişatda cavablardan doğan say da bu qədər olardı. Təbii ki, hamısına cavab tapmaq faktiki mümkünsüz idi.

Futbolumuzun Q(q)urbanı ilə məşqçilik karyerasını vərəqlədik.

"Neftçi"dən başlayıb, milli ilə davam edib, "Qarabağ"da "hələlik" dedik.

Hər üç mövzuda da heç vaxt demədiyi faktları bizə açıqladı.

Təxminən 2 il əvvəl geniş müsahibə üçün vədələşmişdik, son 5-6 ayda intensivləşən danışıqlara bu gün nöqtə qoyuldu.

Bilirdim, amma bu gün növbəti dəfə əyani şahid oldum ki, Qurbanov nə qədər ağır qrafiklə çalışır.

Elə bütünlükdə "Qarabağ" komandası - rəhbərdən siravi işçiyə kimi heç kim dayanmır, hamı fəaliyyətdədir.

Təbii ki, bu qədər uğuru ancaq belə çalışmaqla əldə edə/saxlaya bilərsən".

Digər Xəbərlər
Xəbər Lenti