Məlumatınız olsun - "Qarabağ"ı Napolidə nələr gözləyir?

19:00 Qarabağ 141
Məlumatınız olsun - "Qarabağ"ı Napolidə nələr gözləyir?

"Qarabağ" növbəti tarixi yazmaq üçün İtaliyaya yollanır.

Komandanın Çempionlar Liqasındakı növbəti rəqibi məhz bu ölkəni təmsil edən "Napoli"dir.

Ümumilikdə isə skudettonu 4 dəfə qazanan neapollular son illər tarixinin ən uğurlu dönəmlərini yaşayır.

Sonuncu İtaliya çempionu bu mövsümə də pis başlamamışdı. İlk 10 həftədə birinci pilləni heç kimə vermədi.

Hardan baxsaq, bizi nəhəng bir rəqiblə 55 min rəqib tamaşaçı önündə matç gözləyir.

İtaliya futbolunun təmsilçisi ilə qarşılaşma öncəsi narahatlıq normaldır, amma çəkinməyə, qorxmağa əsla dəyməz.

Əvvəla itirəcəyimiz nəsə yoxdur.

ÇL-in qrupuna düşmək bizim üçün xəyal idi. Bundan sonrası əyləncədir.

Qurban Qurbanovun komandası əsas mərhələdə 7 xal qazanmaqla hər kəsin iştahını qarışdırmış oldu.

Təbii ki, yenə gözləntilər az deyil.

"Napolidən xalla qayıda bilərikmi" sualları beyinlərdə fırlanır.

Məncə, mümkün kimi görünür.

İlk öncə arxada qalan 4 turda Ağdam klubunun göstərdiyi perfomans buna ümid verir.

Digər tərəfdən son həftələr rəqib cəbhədən ancaq neqativ hadisələr eşidirik.

Son iki turda komanda qələbəsiz qalıb.

Çempionlar Liqasının əsas mərhələsində cəmi 1 qələbə var.

PSV ilə oyunda ümumiyyətlə məğlubiyyət darmadağınla gerçəkləşib - 2:6.

Baş məşqçi Antonio Kontenin istefası gündəmə gəlib.

Təcrübəli mütəxəssis özü də mətbuata verdiyi müsahibəsində daxili ab-havanın qənaətbəxş olmamasının açıq mesajlarını verib.

Bir də iki ciddi itki yerli publikanı narahat edir.

Kevin De Brune və Frank Anguissa oyunu buraxacaq.

İndi qalır, "kəhər atlar"ın İtaliyanı nəhəngini cəzalandırıb sonra əldən buraxması.

Ümid edək ki, 25 noyabr gecəsi bu da reallığa çevrilmiş olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti