Zubir bizə açıqladı: “Neftçi” üzərindəki qələbədən sonra...”

20:00 Qarabağ 132
Zubir bizə açıqladı: “Neftçi” üzərindəki qələbədən sonra...”

Premyer Liqanın 12-ci turunun diqqətçəkən oyunlarından biri Sumqayıtda baş tutacaq.

Avrokuboklara vəsiqəni hədəfləyən və hələ ki, ümidləri doğruldan “Sumqayıt” doğma meydanda Çempionlar Liqasındakı nəticələri ilə dünyaya səs salan “Qarabağ”ı qəbul edəcək.

Komandaların avqustun 22-nə təsadüf edən duelində sumqayıtlılar “Azersun Arena”da güclü rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı.

Bəs, bu dəfə necə olacaq? “Qarabağ”lılar növbəti yenilgidən ehtiyat edirmi?

Kapitan Abdullah Zubir Sportinfo.az-a açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini dilə gətirib:

“Sumqayıt” mövsümə yaxşı başlayıb. Xüsusən son matçlarda xoş təsir bağışlayır.

Keyfiyyətli futbolçuları var. Yadınızdadırsa, birinci dövrədə bizi məğlub etmişdilər.

Ona görə də diqqətli olmaq lazımdır. Çempionlar Liqasında ağır oyunlarımız olsa da, Premyer Liqadakı hər matç bizim üçün önəmlidir.

Bütün rəqiblərə qarşı eyni motivasya ilə hazırlaşırıq. “Neftçi” üzərindəki qələbədən sonra komandada ab-hava yaxşıdır.

Sumqayıta qələbə dalınca gedəcəyik”.

Noyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq,

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti