"Qurban Qurbanov həmişə bundan dad edir".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Qarabağ" - "Çelsi" oyununun (2:2) hakimliyindən danışıb.
Tanınmış teleşərhçi bildirib ki, Avstriyadan olan referi Sebastian Gishamer matçı kifayət qədər yüksək səviyyədə idarə eləyib, bu səbəbdən 90 dəqiqə ərzində yüksək temp müşahidə olunub.
Abbasov deyib ki, Çempionlar Liqası ilə müqayisədə Premyer Liqa qarşılaşmalarında dayanma hallarına həddən artıq rast gəlinir, Ağdam klubunun baş məşqçisini narazı salan da budur.
Ekspert təcrübəli mütəxəssisin ölkə çempionatının oyunlarında dəqiqəbaşı fit çalınmasının əleyhinə olduğunu xatırladıb, İngiltərə nəhəngi ilə dueldən bir neçə misal çəkib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

