Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” yanvarda İngiltərəyə səfər edəcək.
“Köhlən atıar” Liqa mərhələsinin sonuncu turu çərçivəsində “Enfild”də “Liverpul”un qonağı olacaq.
Qarşılaşmaya təxminən 2 ay vaxt qalmasına baxmayaraq, yerli turizm şirkətləri artıq indidən hərəkətə keçib.
Şirkətlərdən bəziləri oyunu Liverpulda canlı izləmək istəyən azərbaycanlı futbolsevərlər üçün səyahət paketi təqdim etməkdədir.
1250 dollara (təxminən 2100 manat) təklif olunan paketə gediş-dönüş təyyarə bileti, baqaj, daxili reys, oyun bileti, qidalanma və oteldə məskunlaşma daxildir.
Oteldə məsklunlaşma 4 gecə/5 gün üçün nəzərdə tutulub.
Yanvarın 28-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

