“Qarabağ”ın tanınan oyunçusuna xəbərdarlıq olundu - Problemin var, bitir!

13:00 Qarabağ 196
“Qarabağ”ın tanınan oyunçusuna xəbərdarlıq olundu - Problemin var, bitir!

“Qarabağ” ciddi itki ilə üzləşib.

Millinin düşərgəsində zədələnən Şahruddinin Məhəmmədəliyevin durumu ciddidir.

Qapıçının sol bud çanağında zədəsi var. İki-üç ay yaşıl meydanlardan uzaq qalacaq.

Ş.Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsinin son turunda Fransa ilə keçirilən oyunda zədələnib və ikinci hissədə meydana çıxa bilməyib. Onun yaxın günlərdə əməliyyat olunması gözlənilir.

Bu, “Şah“ın son ilyarımda aldığı üçüncü ağır xəsarətdir. Ümumiyyətlə, Dağıstan kökənli kiperin karyerası üçün artıq təhlükə var. Həkimlər

31 yaşlı “əlcək sahibi“nə belə bir xəbərdarlıq edib. Tez-tez üzləşdiyi bu kimi hallar Məhəmmədəliyevin sağlamlıq durumuna təhdid yaradır.

Davamlı ağır məşqlər üzündən onda xroniki zədələr əmələ gəlib və bir müddət də bu cür davam eləsə, əlcəklərini birdəfəlik soyunmaq məcburiyyətində qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti