“Qarabağ”lı legioner Xorvatiya ilə oyundan məyus ayrıldı

19 Noyabr 03:00 Qarabağ 366
“Qarabağ”lı legioner Xorvatiya ilə oyundan məyus ayrıldı

DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, L qrupunda yer alan Monteneqro millisi öz meydanında Xorvatiyanı qəbul edib.

“Qarabağ”dan Monteneqro yığmasına dəvət alan Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi görüşü əvəzolunmadan keçirib.

Görüş Monteneqro yığmasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

8 oyundan sonra 9 xalı olan Monteneqro millisi qrupu dördüncü pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?