"Qarabağ"ın futbolçuları, xəstəlik və zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Elvin Cəfərquliyev və Toral Bayramovun durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmslçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev danışıb.
E.Cəfərquliyev yüksək hərarətə, Toral Bayramov isə zədələndiyinə görə millimizin tərkibindən çıxarılmışdılar.
A.Hacıyev isə hazırda hər iki müdafiəçinin vəziyyətinin yaxşı olduğunu bildirib: "Onlar bu gündən etibarən tədricən komanda ilə məşqlərə qatılacaqlar".
Qeyd edək ki, T.Bayramov millimizin heyətində İslandiyaya qarşı oynasa da, Fransa ilə matçda iştirak etməmişdi. E.Cəfərquliyev isə hər iki görüşdə meydana çıxmayıb.
"Qarabağ" Premyer Liqada növbəti oyununu "Sumqayıt"a (21 noyabr), Çempionlar Liqasında isə "Napoli"yə (25 noyabr) qarşı keçirəcək.

