"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində "Napoli" ilə İtaliyadakı oyunda dəstəkləməyən istəyən azarkeşlərinə müraciət edib.
Sportinfo.az xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib:
"Bizdən asılı olmayan səbəblərə görə noyabrın 21-dən sonra vauçerlərin satışı dayandırılacaq.
"Napoli” – “Qarabağ” matçını “Stadio Diego Armando Maradona” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışı iTicket.az-da davam edir. “Napoli” ilə səfər oyununa bilet əldə etmək üçün son 4 gün qaldı".
"Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.

