“Qarabağ”ın legioneri Cəbəllüratiq səfərindən sevincək döndü

16 Noyabr 2025 02:50 Qarabağ 757
“Qarabağ”ın legioneri Cəbəllüratiq səfərindən sevincək döndü

DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, L qrupunda yer alan Monteneqro millisi səfərdə Cəbəllüratiqin qonağı olub.

“Qarabağ”dan Monteneqro yığmasına dəvət alan Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi 74-cü dəqiqədə Miloş Brnoviçlə əvəzlənib.

Görüş Monteneqro yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

7 oyundan sonra 9 xalı olan Monteneqro millisi qrupda dördüncüdür. Komanda seçmə mərhələnin son matçında noyabrın 17-də öz meydanında Xorvatiyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO