“Liverpul”un müdafiəçisi “Qarabağ”la əlaqəli suala necə yanaşdı?

02:10 Qarabağ 85
“Liverpul”un müdafiəçisi “Qarabağ”la əlaqəli suala necə yanaşdı?

“Bakı gözəl şəhərdir.

Səmimi olacam, Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq.

Bunu qəbul etməliyik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Fransa millisinin və “Liverpul”un müdafiəçisi İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə oyundan öncə deyib.

O, Azərbaycanın heyətindəki futbolçuların böyük hissəsinin “Qarabağ”ı təmsil etdiyini, Azərbaycan klubunun isə Çempionlar Liqasında “Liverpul”un rəqibi olduğuna və “Qarabağ”ın uğurlu çıxışının onu təəccübləndirib-təəccübləndirməməsi barədə suala belə cavab verib:

“Bəli, Parisdəki görüşdə Azərbaycan millisinə müsbət mənada təəccübləndik. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq.

Hesab faciəvi olsa belə, siz nəticələrə fokuslanmamalısız. Oyundan zövq almalısınız.

Fransa xalqının qarşısında öz məsuliyyətimiz var. Azərbaycan millisi 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi.

Əminəm ki, sabah da bunu nümayiş etdirəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq.

Bəli, Parisdəki görüşdə Azərbaycan millisi bizi müsbət mənada təəccübləndirdi. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq.

Hesab böyük olsa belə, siz nəticələrə fokuslanmamalısınız. Oyundan zövq almalısınız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 18:10 Çək və bizə göndər!