"Qarabağ"ın yeni istedadı haradadır?

15 Noyabr 22:20 Qarabağ 606
"Qarabağ"ın yeni istedadı haradadır?

Hikmət Cəbrayılzadə “Qarabağ” formasında Çempionlar Liqasında Şimali Makedoniya çempionu “Şkendiya”ya qarşı meydana çıxanda 18 yaşı yenicə tamam olmuşdu.

Gənc oyunçunu daha əvvəl Premyer Liqada “Kəpəz”ə qarşı 19 dəqiqə meydanda görmüşdük.

“Şkendiya” ilə matçdan sonra isə Qurbanov orta sahə oyunçusuna 3 matçda şans tanımışdı.

İnsafən, o da öz çıxışı ilə özü barədə müsbət siqnallar ötürə bilmişdi.

Əksəriyyətdə bir çox yerlinin inkişafında xidməti olan Qurban Qurbanovun Hikmətin timsalında yeni bir istedadı üzə çıxaracağına ümidi vardı.

Təəssüf ki, sonrakı proseslər ümidlərin yerinə narahatlıq gətirmiş oldu.

Cəbrayılzadə sonuncu dəfə 4 oktyabr əsas komandada forma geyinib.

Sonrakı bir ayda baş tutan 4 Premyer Liqa görüşündə bir dəqiqə olsun onu meydanda görən olmayıb. Umumiyyətlə, adı iştirak ərizəsində olmayıb.

Çempionlar Liqasında keçirilən son 6 matçda (ikisi pley-offda) yenə Qurbanov gənc oyunçunu yada salmayıb.

Düzdü, dünyanın ən nüfuzlu yarışında bu yaşda gəncə şans tanımaq heç də asan iş deyil, amma sıx qrafikə rəğmən liqada da Qurban Qurbanova lazım olmaması haqlı sual yaradır – Bu gəncə nə olub?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 18:10 Çək və bizə göndər!