“Qarabağ”lı müdafiəçi "FC 26 Football Ultimate Team"də - FOTO

14 Noyabr 2025 13:20 Qarabağ 985
“Qarabağ”lı müdafiəçi "FC 26 Football Ultimate Team"də - FOTO

"Qarabağ"ın müdafiəçisi Mateus Silva Çempionlar Liqasının son həftəsində göstərdiyi performansa görə "EA Sports FC 26" oyununda "Football Ultimate Team" rejimində "UEFA Prime Time" oyunçuları arasında yer alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsində məlumat verilib.

Bu nominasiya turnirin ən parlaq çıxış edən futbolçularını bir araya gətirən xüsusi seçmə heyətdir.

Mateus Silva son qarşılaşmalardakı etibarlı oyunu və komandanın müdafiəsindəki rolu ilə diqqət çəkib.

Mövzu ilə bağlı "Qarabağ"ın rəsmi saytına açıqlama verən Mateus Silva bildirib ki, bütün bunlar komandanın birgə səyi nəticəsində baş verib:

"Ultimate Team"ə daxil edildiyim üçün çox xoşbəxtəm, bütün bunlar komandamızın gördüyü möhtəşəm işlər sayəsində mümkün olub".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti