Bu stadiona Qurban Qurbanovun adı verilə bilərmi?

14 Noyabr 2025 02:30 Qarabağ 1 976
Bu stadiona Qurban Qurbanovun adı verilə bilərmi?

“Qurban Qurbanov tarixi şəxsiyyətdir”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Klub rəhbəri “Azərsun Arena”ya Qurban Qurbanovun adı verilə bilərmi” sualına da cavab verib.

O, belə bir fikir olarsa, bunu dəstəkləyəcəyini qeyd edib.

“Çelsi” kimi dünya nəhəngindən xal almağı bacardıq. “Qarabağ” rəqibindən çəkinmirdi.

Dünyaya bizim hekayəmizi göstərən bu cəsarətdir. “Qarabağ” Azərbaycan xalqının gücünü dünyaya göstərdi.

Bildiyiniz kimi, qarşıdan Zəfər günü gəlir. Bu nəticəni şəhidlərimizə həsr edirəm” - Tahir Gözəl əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti