"Qarabağ" “Arsenal”dan sonra ikincidir - Çempionlar Liqasında

14 Noyabr 2025 09:20 Qarabağ 4 036
"Qarabağ" “Arsenal”dan sonra ikincidir - Çempionlar Liqasında

"Qarabağ" Çempionlar Liqasında əsas mərhələnin IV turundan sonra ən çox qayda pozuntusuna məruz qalanlar komandalar arasındadır.

Sportinfo.az "Opta"ya istinadən xəbər verir ki, Ağdam təmsilçisinin futbolçularına qarşı ümumilikdə 62 dəfə qayda pozulub.

Eyni göstərici Niderlandın "Ayaks" klubuna da aiddir. Siyahıya İngiltərə "Arsenal"ı başçılıq edir - 67.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ən az qayda pozan komandalar arasında da ikincidir.

"Köhlən atlar" cəmi 27 dəfə rəqib futbolçulara qarşı kobud oynayıb. Bu göstəricidə ilk pillədə Almaniyanın "Ayntraxt Frankfurt" klubudur - 25.

"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də, İtaliyada "Napoli"yə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti