«Qarabağ» rəhbərliyi klubun futbol akademiyasında çalışan məşqçilərə yeni qadağa tətbiq edib.
Buna əsasən, onlar bundan sonra iki yerdə işləyə bilməzlər.
Məqsəd həmin mütəxəssislərin bütün fikrini bir yerə verməsidir.
Seçim özlərinindir - kim başqa komandada fəaliyyət göstərmək istəyirsə, yol açıqdır. Amma indi gedən bir də geri qayıda bilməyəcək - bu məlumat da məşqçilərin nəzərinə çatdırılıb.
«Qarabağ» rəhbərliyinin qərarı başadüşüləndir: akademiyada əmək sərf edənlərə bu sahə üzrə kifayət qədər normal məvacib ödənilir.
Üstəlik, buradakı şərait əksər klublarla müqayisədə kifayət qədər yaxşıdır.
SPORTİNFO.AZ

