Nəriman niyə “Qarabağ” üçün can yandırmır, nə problemi var? - VİDEO

13 Noyabr 2025 11:40 Qarabağ 3 117
Nəriman niyə “Qarabağ” üçün can yandırmır, nə problemi var? - VİDEO

"O, cin kimidir, Nərimanın gözlərində isə qığılcım yoxdur".

Bu fikirlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

Tanınmış telejurnalist "Qarabağ"ın iki futbolçusu arasında müqayisə aparıb.

Nigeriyalı hücumçu Emmanuel Addaini cinə bənzədib, onun azərbaycanlı komanda yoldaşının isə "ağ yuyub, qara sərib".

Bildirib ki, Axundzadə son vaxtlar "Qarabağ"da istəksiz çıxış edir, sanki hansısa problemlərin içində qovrulur.

Onun fikrincə, gənc forvard bu gedişlə əsas heyətdəki yerini itirəcək, çünki rəqabətə hazır görünmür.

Rzayevin dediyinə görə, Nəriman sanki futboldan doyub, özünü 22 deyil, 32 yaşlı futbolçu kimi aparır.

Aparıcı iddia edib ki, o, Azərbaycanın ən bahalı oyunçusu ola bilər, çünki gənc hücumçuda bunun üçün bütün keyfiyyətlər var.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti