“Söhbət “Qarabağ”dan gedirsə, belə vəziyyətlərə hazır olmağımız vacibdir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Kris Kuaku deyib.
Fil Dişi Sahilindən olan legioner Çempionlar Liqasındakı gərgin çıxışın Premyer Liqadakı mübarizəyə mənfi təsir etmədiyini söyləyib:
“Bəli, uzun məsafə qət edirik, meydanda çox güc itiririk. Premyer Liqaya hazırlaşmaq üçün vaxtımız az olur.
Ancaq bunu bəhanə saymamalıyıq. Hətta hazır olduğumuzu deyə bilərəm.
Çünki bu, ilk belə hal deyil. Sadəcə, Premyer Liqada rəqiblər bizə qarşı böyük qüvvə ilə müdafiə olunur”.

