"Qarabağ"ın qapıçısı Fabian Buntiç Almaniyanın Azərbaycan Respublikasındakı səfirliyində olub.
Sportinfo.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı açıqlamada bildirilib.
Məlumatda qeyd edilib: "Qarabağ FK"ın qapısında Ştutqart əsilli bir oyunçunun olması bizi çox sevindirir.
Fabiyan Buntiç dünən Almaniya səfirliyində bizi ziyarət etdi və səfir Ralf Horlemann ilə söhbətləşdi. "Qarabağ FK" bu il Çempionlar Liqasında bir daha möhtəşəm və güclü bir performans sərgiləyir.
"Qarabağ FK" komandasına qarşıdakı Çempionlar Liqası oyunlarında uğurlar arzulayırıq və artıq 21 yanvar 2026-cı ildə Bakıda keçiriləcək "Ayntraxt Frankfurt"la oyunu səbirsizliklə gözləyirik!"

