Qurban Qurbanov “Neftçi”ylə oyundan əvvəl futbolçulara nə deyib? – Siz də bilin

20:40 Qarabağ 312
Qurban Qurbanov “Neftçi”ylə oyundan əvvəl futbolçulara nə deyib? – Siz də bilin

Noyabrın 5-də “Çelsi” ilə qarşılaşan “Qarabağ”ın “Neftçi” önünə daha çox Premyer Liqada şans qazanan futbolçularla çıxacağı gözlənilirdi.

Lakin start heyətini görənlər təəccübünü gizlədə bilmədi.

Baş məşqçi Qurban Qurbanov “Neftçi”ylə oyunda 4 gün əvvəl “Çelsi”ylə matçda ilk dəqiqələrdən meydanda olanlardan Kevin Medina, Pedro Bikalyo, Leandro Andrade və Abdullah Zubir kimi aparıcı simalara yer vermişdi.

Ehtimal olunan əsas məqam Qurbanovun Samir Abasovun “Neftçi”sinə qarşı xüsusi hazırlaşması, 2021-ci ildə əldən çıxan çempionluğun təkrarlanmaması idi. Çünki 4 gün ərzində əsas futbolçulara şans verib, ciddi rotasiyalar etməmək başqa ehtimallara işıq yeri qoymurdu.

Maraqlıdır, “Qarabağ”ın əsas adamı derbidən əvvəl futbolçulara nə deyib? Onlara “ağ-qaralar”la görüşün prinsipial əhəmiyyət kəsb etdiyini bildirib?

“Köhlən atlar”ın “11 nömrə”si Emanuel Addai Sportinfo.az-ın sualını qısa cavablandırıb:

“Xüsusi olaraq heç nə deməmişdi. Həmişəki qaydada lazım olan tapşırıqları verdi.

Oyuna ciddi yanaşmağı və son dərəcə məsuliyyətli olmağı tapşırdı. Başqa heç nə”.

Noyabrın 9-da “Azersun Arena”da baş tutan Azərbaycan derbisi “Qarabağ”ın əzəli rəqibi üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti