“Məni o narahat edirdi ki, görəsən, “Qarabağ”…” - VİDEO

14:40 Qarabağ 112
“Məni o narahat edirdi ki, görəsən, “Qarabağ”…” - VİDEO

"Qarabağ" sona qədər "Çelsi"nin verdiyi sürətə tab gətirdi”.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Çelsi”yə qarşı keçirdiyi matçdan (2:2) danışıb.

Tanınmış teleşərhçi “köhlən atlar”ın “zadəganlar”la qarşılaşmada fiziki cəhətdən əla təsir bağışladığını, onlardan heç nədə geri qalmadığını söyləyib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar.

29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib.

İkinci hissədə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 12:00 Vinisius satılacaqmı?