Niderlanda qarşı oynamaq şansı yarandı - Koxalski üçün

12 Noyabr 2025 08:40 Qarabağ 2 972
Niderlanda qarşı oynamaq şansı yarandı - Koxalski üçün

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Milli komanda noyabrın 14-də DÇ-2026-nın seçmə mərhələsində evdə Niderland, 17-də isə səfərdə Malta ilə üz-üzə gələcək.

Xəbərdə bildirilib ki, yığmanın əsas qapıçısı Lukaş Skorupski zədələndiyindən baş məşqçi Yan Urbanın Çempionlar Liqasında "Qarabağ"dakı inamlı oyunu ilə diqqət çəkən Koxalskiyə şans verəcəyi gözlənilir.

Koxalski bu ilin iyun ayında yığmaya çağırılsa da, debüt şansı qazanmamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti