Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur çərçivəsində “Qarabağ” İngiltərə nəhəngi “Çelsi” ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə başa çatıb.
Sportinfo.az xəbər verir ki, “Qarabağ” “X”də də diqqətləri üzərinə çəkib.
Belə ki, sosial şəbəkədə ən çox müzakirə edilənləri əks etdirən trend siyahısında “Qarabağ” ikincidir. Birinci yerdə olan isə “Çelsi”dir ki, bu da bugecəki oyunla bağlıdır.
Bundan başqa, Ağdam klubu diqqətləri ölkəmizə çəkdiyindəndir ki, Bakı bu siyahıda üçüncü yerdə qərarlaşıb.


